Qadin.NET / Papa erməniləri hiddətləndirdi

Papa erməniləri hiddətləndirdi

 

Papa erməniləri hiddətləndirdi

Qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçirilən mərasimdə ermənilərə dəstəyini bildirən papaya etirazlar səngimir. ANS PRESS-in məlumatına görə, katoliklərin ruhani liderin papa Fransiskin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi sözlər nəinki Türkiyədə yaşayan türk mənşəli əhalini, hətta erməni əsilli vətəndaşları da narahat edib. 
Bu vətəndaşlardan biri də Hatay vilayətinin Samandağ rayonu sakini, eləcə də yaşadığı kənddəki erməni icmasının sədri Cem Çapardır. 
“Kimliyimizdən aslı olmayaraq; türk, erməni, xristian, müsəlman, ələvi, sünni qarışıq biz bu ölkədə qardaş kimi yaşayırıq. Bu tip hadisələrin siyasiləşdirilməsi və insanlarla əlaqələndirilməsindən narahatlıq hissi keçiririk”, - deyə Çapar bildirib. 
Onun kimi digər kənd sakinləri də dünyada sülhün bərqərar olmasını, qan tökülməməsini bəyan ediblər.
Qeyd edək ki, sözügedən kənddə 35 evdə, 135-ə yaxın erməni əsilli Türkiyə vətəndaşı yaşayır.

 

Mənbə: ANS PRESS

17 aprel 2015
GO BACK