Türkiyənin Aralıq dənizi və Egey dənizi hövzəsində üç saatda 8 zəlzələ baş verib.ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) Zəlzələ şöbəsindən bildirilib. İlk zəlzələ dünən axşam yerli vaxtla saat 21:07-də 5,9 bal gücündə baş verib.
Bundan sonra Oniki Adaları sahillərində 21:23-də 3,5, 21:52-də 4,9, 22:02-də 4,9, 23:01-də 4,2 və 23:23-də 3,3 bal gücündə beş ayrı təkan qeydə alınıb. Saat 22:54-də isə İzmir Körfəzində 2,5 bal gücündə zəlzələ meydana gəlib.
Daha bir yeraltı təkan Şimali Kiprdə baş verib. 5,5 bal gücündə təkanlar adada ciddi hiss olunub. Aralıq dənizində isə 23:15-də 4,3 bal gücündə təkanlar qeydə alınıb.
Muğlanın Datça bölgəsində isə 12,24 kilometr dərinlikdə zəif təkanlar baş verib.
Mənbə: ANS PRESS