"Azərbaycan Hava Yolları" QSC (AZAL) bir sıra Avropa və Asiya şəhərlərinə olan reyslər üzrə xüsusi endirim kampaniyası elan edib.AZAL-dan Trend-ə verilən məlumata görə, xüsusilə də, Roma, Milan, Paris, Praqa, Dubay, Tel-Aviv, Barselona, Lvov, Bişkek və Minskə olan reyslər üzrə gediş-gəliş biletlərinə 20 faiz endirim təklif edilir.Endirim kampaniyasından iyulun 1-dək yararlanmaq mümkündür.Bununla belə, aviareyslərə yerlər məhdud sayda ola bilər. Həmçinin aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Eyni zamanda bu siniflər üzrə mil-ballar hesaba əlavə olunmur, maksimal qalma müddəti isə bir aydır.
Mənbə: Milli.Az