Qadin.NET / Putinin Türkiyə - Vatikan şərhi

Putinin Türkiyə - Vatikan şərhi

 

Putinin Türkiyə - Vatikan şərhi

Ötən gün tele kanallardan birinin canlı efirində suallara cavab verən Rusiya prezidenti Vladimir Putin Roma papasının 1915-ci il hadisələri barədə şərhinə də münasibət bildirib. ANS PRESS-in məlumatına görə, bu mübahisəyə qarışmaq istəmədiyini deyən Putin ruhani liderin nə danışdığını bilən ağıllı adam olduğunu deyib:“Papa Fransisk ilə Türkiyə arasında olan polemikaya qarışmaq istəmirəm. Papa Fransisk dünyada elə nüfuzlu bir insandır ki, dini meyllərinə baxmayaraq bütün insanlara özünü ifadə etməyin yolunu tapır. O səmimi və nə danışdığını bilən bir insandır. Mən mövzunun nə olduğunu bilmirəm və son çıxışı dinləməmişəm. Türkiyədəki insanların isə baş verəcək problemləri həll edəcək qədər ağıllı olduqlarına inanıram”. 

 

Mənbə: Milli.Az

17 aprel 2015
GO BACK