Qadin.NET / Boşanmışları daha çox infarkt vurur

Boşanmışları daha çox infarkt vurur

 

 

ABŞ-da aparılmış bir tədiqat göstərib ki, boşanmışlar, boşanmamışlardan daha çox infarkta məruz qalır.
15 min 827 insandan alınmış məlumatlardan bəlli olub ki, qadınlar bu məsələdə daha kövrəkdirlər. 
“Circulation” elmi jurnalında dərc olunmuş elimi nəticələrə görə boşanma ilə əlaqəli olan xroniki stress bütün orqanizmə təsir edir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Britaniya Ürək Fondu (The British Heart Foundation) isə bildirir ki, boşanmanın ürək üçün risk təşkil etməsinin təsdiqinə daha çox araşdırma tələb olunur.
Diabet qədər riskli Biz artıq bilirik ki, sevdiyimiz yaxın adamın ölümü infarkt riskini artırır.İndi isə Britaniyanın Duke Universitetindəki tədqiqatçılar komandası boşanmanın belə bir risk yaratdığını isbat etməyə çalışırlar.Bu tədqiqatın aparıldığı 1992-2010-cu illər müddətində sözü gedən qrupda təxminən hər üç nəfərdən biri boşanıb.
Nəticələr göstərir ki, bir dəfə boşanmış qadınların infarkt riski 24 faiz artır.
Çoxsaylı boşanmalar bu rəqəmi 77 faizə çatdıra bilər.
Kişilərdə isə bu riskin dərəcəsi müvafiq olaraq 10 və 30 faizdir.
Tədqiqatçılardan biri olan professor Linda George deyir ki, boşanmadan doğan risk yüksək qan təzyiqi və ya şəkərli diabetin yaratdığı risk səviyyəsindədir.
Yenidən evlənmə məsələsində qadınlar üçün risk faizi cüzi azalmış olur, kişilərdə isə yüksəlir.
Boşanmanın ağrısı
Professor George deyir ki, bu, tədqiqatın ən maraqlı hissəsidir.
Onun sözlərinə görə, kişilər subaylıqdansa, evlilikdə daha rahatdırlar və müxtəlif qadınlarla yola gedə bilirlər.
Professor George BBC-ə müsahibəsində deyib ki, fizioloji narahatlıq immun sistemi üzərinə düşən daimi stress deməkdir. Belə stress iltihabı və hormonları artırır.
Professorun fikrincə, boşanma ilə əlaqədar depressiyanın cinsə görə fərqli olduğu aşkardır.
Qan təzyiqinin özünü də tənzimləyən həblər var, lakin boşanmanın ağrısını kəsən həb hələ icad edilməyib.
Tədqiqatçılar bu məsələdə ürək-dirək verən dostların dəstəyini çox müsbət faktor kimi dəyərləndirirlər.
Mənbə: Milli.Az
17 aprel 2015
GO BACK