Qadin.NET / 3D çap bazarı yüksəlir

3D çap bazarı yüksəlir

 

Canalys analitik şirkətinin yeni tədqiqatına əsasən, 2015-ci ildə qlobal 3D printer bazarının həcmi 56 faiz yüksələrək 5,2 milyard ABŞ dolları təşkil edəcək.

 

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, gələcəkdə üçölçülü çap bazarı sürətlə inkişaf edəcək. Gözləntilərə görə, orta illik artım sürəti (CAGR) 44 faiz olmaqla 2019-cu ilədək 3D printer bazarının həcmi 20,2 milyard dollara çatacaq.
Gözlənildiyi kimi, son bir neçə ildə 3D printer bazarının həcmi xeyli yüksəlib – Canalys şirkətinin analitiki Co Kempton tədqiqatı şərh edir. Mütəxəssis bildirib ki, üçölçülü çap qurğularının sürəti təkmilləşib, istifadə edilən materialların çeşidi genişlənib və yeni texnologiyalar yaranıb.
Bundan başqa, bu bazara yiyələnmək istəyən şirkətlərin sayı xeyli çoxalıb. Yeni şirkətlərin əksəriyyəti Asiyanın payına düşür.
Yaxın beş ildə aerokosmik, avtomobil və tibbi sahələr 3D printerlərin tətbiqi üzrə ən gəlirli sahələr olacaqlar. Analitiklər hesab edirlər ki, 3D çapın tətbiqinə General Electric, Boeing və BMW dünya nəhəngləri milyonlarla dollar sərmayə qoyacaqlar.
Mənbə: Milli.Az
17 aprel 2015
GO BACK