Qadin.NET / Saçı sehrli 7 şahzadə və İran şah hərəmi

Saçı sehrli 7 şahzadə və İran şah hərəmi

Milli.Az axar.az-a istinadən biddirir ki, son zamanlar sosial şəbəkələrin gündəmini zəbt edən İranın şah xanımlarının fotoları hər kəsin maraq dairəsindədir.

Sözügedən fotolarla və ümumilikdə XIX əsr şahzadələri ilə bağlı kiçik bir araşdırma aparıb. İnternetdə çoxsaylı müzakirələrə səbəb olan fotolar doğrudanmı XIX əsr şahzadələridir? XIX əsrin şahzadələri necə görünürdü? Bütün bu suallar sizi maraqlandırırsa, onda bu yazı sizin üçündür.
Saçı uzun Suray xanım... 
XIX əsrdə şahzadələri bir-biri ilə saçlarının uzunluğuna görə yarışırdı. Əgər bir qadının saçı uzun idisə, o, gözəllik ilahəsi hesab olunurdu. Bu səbəbdən istər Qərb, istərsə də Şərq şahzadələri saçlarına xüsusi qulluq edir, saç uzunluğuna xüsusi bir həssaslıqla yanaşırdılar.
Saçları sehrli 7 şahzadə
Dünyanın ən gözəl şahzadələri ABŞ-da yaşayan Sazerlend bacıları hesab olunurdu. Çünki onların saçlarının uzunluğu 11 metrə çatırdı. Sara, Viktoriya, İzabella, Qreys, Nayomi, Dora və Meri Sazerlend bacıları musiqi alətlərində ifa edir, xalqın önündə mahnı oxuyurdular. Onları dünyanın müxtəlif ölkələrindən izləməyə gələn insanlar şahzadələrin gözəlliyini əfsanələşdirmişdi. Hətta Qərb ölkələrində bu yeddi bacının qeyri-adi gücə malik olduqları, saçlarının sehrli olduğu ilə bağlı şayiələr də yayılmışdı.
Öz uzun saçları və özünəməxsus gözəlliyi ilə amerikalı bacılardan sonra Avstriya şahzadəsi Yelizaveta bütün dünyada məşhur idi. Sisi ləqəbi ilə tanınan Yelizaveta gün ərzində üç saatını yalnız saçlarına qulluğa ayırırdı.
Lüdviqin bacıları 
XIX əsrdə bütün Avropada öz gözəllikləri və uzun saçları şöhrət qazanan xanımlar arasında dünyanın ən gözəl şahzadəsi hesab olunan Bavariya şahzadəsi Lüdviqin bacıları – Sisi, Sofi özünəməxsus yer tuturdu.
Mariya Kristina
İspaniya şahzadəsi XII Alfonsonun xanımı Mariya Kristina da ən gözəl şahzadələrdən hesab olunurdu. Amma onun saçları digər şahzadələrlə yarışacaq dərəcədə uzun və gözəl hesab olunmurdu.
Gəldik çıxdıq Şərq aləminə və onun şahzadələrinə. Şərqin şahzadələri də bu dövrdə öz uzun saçlarına qulluq etməkdə öz rəqiblərindən geri qalmırdılar. Amma təəssüf ki, onlar Qərb hersoginyaları qədər gözəl deyildilər. Fotolardan da göründüyü kimi, XIX əsrdə İranda hakimiyyətdə olan Nəsirəddin şah Qacarın hərəmxanasının xanımları Qərb gözəllərindən çox geri qalırdılar.
Mənbə: Milli.Az

 

17 aprel 2015
GO BACK