Qadin.NET / Arda Turan Ronaldunu geridə qoydu

Arda Turan Ronaldunu geridə qoydu

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda keçirilən "Atletiko" - "Real" derbisində (0:0) meydanda ən çox qaçan futbolçu bəlli olub.Milli.Az anspress-ə istinadən bildirir ki, "Atletiko"nun yarımmüdafiəçisi Arda Turan bu göstəricidə hər kəsi qabaqlayıb.Meydanda 11,353 km qaçan türkiyəli futbolçu Kriştianu Ronaldu, Kərim Benzema və Qaret Beyl kimi oyunçuları geridə qoyub."Atletiko"dan Qabi (11,230 km) ikinci, "Real"dan Xames Rodriqes (10,736 km) üçüncü olub.Qeyd edək ki, Madrid derbisində "Atletiko"lu futbolçuların "Real"ın oyunçularından 7 km çox qaçdığı müəyyənləşib.
Mənbə: Milli.Az
17 aprel 2015
GO BACK