Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Türkiyədə universitetlərin birində silahlı atışma baş verib.ANS PRESS-in məlumatına görə, atışma Mardin Artuklu Universitetində olub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Türk mətbuatının bildirdiyinə görə, universitet ərazisində sosial obyektlərlə bağlı tender keçiriləcəkdi. Lakin tender başlamazdan əvvəl iştirak edən tərəflər arasında narazılıq yaranıb. Bu narazılıq bir müddət sonra silahlı atışmaya çevrilib.Hadisə yerinə çoxlu sayda polis işçiləri və təcili tibbi yardım maşınları gəlib. Yaralılar Mardin Dövlət Xəstəxanasına aparılıblar. Atışma səbəbindən polis universitet və yaralıların yerləşdirildiyi dövlət xəstəxanasının ətrafında ciddi təhlükəsizlik tədbirləri görüb.
Mənbə: ANS PRESS
16 aprel 2015
GO BACK