Qadin.NET / Qarabağda orduya əmr verildi

Qarabağda orduya əmr verildi

Qarabağda orduya əmr verildi
Azərbaycanın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə start verilib.ANS PRESS-in məlumatına görə, bu barədə separatçı Dağlıq Qarabağ respublikasının "Müdafiə Naziriliyi" məlumat yayıb.
Bildirilir ki, Ermənistan ordusu Qarabağda taktiki hərbi təlimlər keçirir.
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da hərbi təlimləri izləməyə gəlib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirərkən təxribatlara yol vermişdilər. Azərbaycanın hava məkanını pozaraq döyüş mövqelərimizə hücuma cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 hərbi helikopteri Silahlı Qüvvələrimiz tərəfindən məhv edilmişdi.
Prezident İlham Əliyev də Ermənistanın kriminal rejiminə xəbərdarlıq edib. O bildirib ki, ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun.

Mənbə: ANS PRESS

16 aprel 2015
GO BACK