Qadin.NET / Yunis Hüseynov Ebola virusuna qarşı peyvənd ediləcək

Yunis Hüseynov Ebola virusuna qarşı peyvənd ediləcək

“Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynov Afrikaya gedəcək. Bu barədə Apaspor.Az saytına cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O bildirib ki, 50 yaşlı mütəxəssisin "qara qitə"yə səfəri aprelin sonunda baş tutacaq.O qeyd edib ki, səfərin baş tutması üçün Hüseynov bəzi şərtləri yerinə yetirməlidi. Bunlardan biri də Ebola və bu kimi viruslara qarşı peyvənd olunmaqdı: “Afrikaya getmək üçün Yunis müəllimə 7 iynə vurulmalıdı. Yəqin ki, o, bu ayın sonunda Maliyə gedəcək. Orda maraq dairəmizdə olan 2-3 futbolçu var. Onları izlədikdən sonra da Qanaya yollanacaq. Həmin ölkədə də bəzi oyunlara baxacaq. Təxminən 20 günə yaxın Afrikada qalacaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” 2012-ci ildə də eyni praktikadan yararlanmış və nəticədə həmin vaxt heyətə cəlb edilən Sadio Tounkara hazırda komandanın liderlərindəndi.
Mənbə: Milli.Az
16 aprel 2015
GO BACK