Gecikdirilmiş pullar geri qaytarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının da azalmasına səbəb olub.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, bu ilin yanvar-mart aylarında DƏMX-in həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ümumilikdə 103481 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib. Bu,ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7% azdır. Həmin məbləğin 75841 manatı (73,2%) əmək haqqından, 5440 manatı (5,2%) zərərə görə ödənclərdən, 22,2 min manatı (21,4%) isə sosial müavinət və kompensasiyalardan ibarət olub.Qeyd olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
Mənbə: ANS PRESS
16 aprel 2015
GO BACK