Qadin.NET / Görənlər şoka düşürlər: o, "Dənizlərin Himni"dir

Görənlər şoka düşürlər: o, "Dənizlərin Himni"dir

 

"Royal Caribbean" kruiz şirkətinə məxsus "Anthem of the Seas" gəmisi İngiltərənin Sauthempton limanına yan alıb.

 

Ölçülərinə görə dünyada 3-cü böyük kruiz layneri olan bu "Dənizlərin Himni" görənləri şoka salır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sözügedən nəhəng laynerlə bu yay 80 mindən artıq turistə xidmət göstərilməsi nəzərdə tutulub.
"Quantum of the Seas" seriyasından olan gəminin adı ilə bağlı keçirilən müsabiqədə 27 yaşlı turizm agenti Emma Uilbi qalib gəlmişdi. Məhz onun təklif etdiyi variant qalib sayılıb və gəmiyə "Dənizlərin Himni" adı verilib.18 göyərtədən ibarət gəmidəki 2090 kayutda 4905 sərnişin səyahət edə bilər.
Gəmidə istirahət üçün hər bir şərait var. Laynerdə qayayadırmaşma üçün divar, buz arenası, "FlowRider" sörfinq simulyatoru, park, akvateatr, əyləncə mərkəzləri, "RipCorj by iFly" sərbəstdüşmə attraksionu, "North Star" panorama kapsulu, "Seaplex" idman-əyləncə kompleksi, lüks restoranlar, kafelər, barlar var.
Bununla yanaşı, gəmidə "American Icon Grill", "Chic", "Silk", "The Grande", "Coastal Kitchen", "Wonderland", "Jamie’s Italian", "Michael’s Genuine Pub", "Devinly Decadence Solarium Bistro ", "Chops Grille", "Izumi", "Chef’s Table", "Windjammer Marketplace", "The Cafe Two70Лљ" və "SeaPlex Dog House" kimi elitar restoranlar var; "The Royal Theatre" teatrı və "Music Hall" da fəaliyyət göstərir.
Mənbə: Milli.Az
16 aprel 2015
GO BACK