Qadin.NET / Şəhidimiz torpağa tapşırıldı

Şəhidimiz torpağa tapşırıldı

Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Şahmurad Əlizadənin cənazəsi dəfn olunmaq üçün doğulduğu Biləsuvar şəhərinə gətirilib. 
ANS PRESS-in verdiyi məlumata görə, cəbhənin Ağdam istiqamətində düşmən gülləsinə tuş gələn 23 yaşlı Şahmurad 2 ildən artıq idi ki, ön cəhbədə vətənin müdafiəsində dayanmışdı. Doğma ocağına şəhid kimi dönən gizirin cənazəsi rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin, doğmalarının iştirakı və üçrəngli Azərbaycan bayrağının müşayiəti ilə kənd qəbristanlığına aparıldı. Şəhid dünyadan vaxtsız köçmüş atasının yanında torpağa tapşırıldı.Mərasimdə iştirak edən Müdafiə Nazirliyinin rəsmiləri xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Şahmurad Əlizadənin xatirəsinin daim anılacağını, vətən yolunda şəhidliyin bundan sonrakı nəsillər üçün də müqəddəs borc olduğunu bildirdilər.Şəhidin doğmaları da vətənə layiqli, gənc nəslə örnək oğul böyütdüklərinə görə fəxr etdiklərini dilə gətirdilər. Azərbaycan bayrağı şəhidin qardaşlarına təqdim edildi. Şahmurad Əlizadələr ailəsinin 3-cü oğul övladı idi. İndi bu ocağa gələnləri igid gizirin şəhid ruhu, bir də yenilməz Azərbaycan bayrağı salamlayır.

Mənbə: Milli.Az

16 aprel 2015
GO BACK