Ötən gün "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib.Bu barədə ANS PRESS-ə nazirlikdən bildirilib.
İstifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:
- Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış;
- Yaşayış yeri haqqında arayış;
- FİN-ə görə fərdi məlumatların axtarışı;
- Diplom haqqında məlumatlar.
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı
məlumatlar əks olunur:
- Soyad, ad, ata adı
- FİN
- ŞV verilmə tarixi
- Etibarlılıq tarixi
- Verən orqanın adı
- Vətəndaşlıq
- Yaşayış ünvanı
- Doğum yeri
- Doğum tarixi
- Boy
- Qan qrupu
- Ailə vəziyyəti
- Hərbi vəzifə
- Cins
- Göz rəngi
Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu ev arayışda aşağıdakı məlumatlar əks olunur:
- Qəbul olduğu təhsil müəssisəsinin adı
- Qəbul olduğu ixtisas
- Yerdəyişmə üzrə məlumatlar
- Bitirdiyi təhsil müəssisəsinin adı
- Bitirdiyi ixtisas
- Fakültə
- Təhsil pilləsi
- Təhsil forması
- Təlim dili
- TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
- Təhsil müəssisəsinə daxil olduğu il
- Təhsil müəssisəsini bitirdiyi il
- Diplomun seriya və nömrəsi
- Diplomun növü
E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.
Mənbə: ANS PRESS