AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Kitabi -Dədə Qorqud” abidəsinin aşkarlanmasının və ilk nəşrinin 200 illik yubileyinə həsr olunmuş “Qorqudşünaslıq-200” adlı elmi sessiya keçirilib.ANS PRESS xəbər verir ki, iştirakçılar “Kitabi-Dədə Qorqud”a aid kitab və rəsm sərgisinə baxıblar.
Elmi sessiyanı Əlyazmalar İnstitutun elmi işlər üzrə direktor müavini,fil. ü.e.d. Paşa Kərimov deyib ki, bugünki sessiya “Kitabi-Dədə Qorqud”un bütün türk dünyasının ən möhtəşəm abidələrindən biri olduğunu göstərir, əsərin Azərbaycanda- Əlyazmalar İnstitutunda tədqiqinin diqqətəlayiq bir tarixi var. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli “Epos mədəniyyəti və nəşr sənəti –“Kitabi –Dədə Qorqud” dastanında katib nizamlanmaları” adlı məruzəsində abidənin bugünə gəlib çatmasında onu yazıya köçürən katiblərin rolundan danışıb. Göstərdi ki, əsər yazıya alınarkən dövrün tələblərinə uyğun olaraq abidə tədqiqatçıların diqqətini cəlb edən bir sıra dəyişikliklərə uğramışdır.
Fil.ü.e.d Paşa Kərimov “Oğuznamələr” və Loğman “Oğuznamə”si adlı məruzəsində “Kitabi-Dədə Qorqud”un öyrənilməsində oğuznamələrin böyük əhəmiyyətini qeyd etdi,abidə ilə səsləşən, müxtəlif kitabxanalarda saxlanan oğuznamələri sadaladı, hazırda onların üzərində gedən tədqiqat işləri haqda məlumat verib.
Məruzəçi xüsusi olaraq azərbaycanlı müəlliflərin yazdığı Loğman oğuznaməsini araşdırdığını diqqətə çatdırıb.
İnstitutun aparıcı elmi işçisi,fil.ü.e.d.professor Tərlan Quliyev “Erməni mifini dağıdan ana kitabımız “ adlı məruzəsində abidənin coğrafiyasına diqqət yönəldib, burada ermənilərə aid heç bir toponimin və yerin olmadığını sübutlarla göstərib. İnstitutun elmi işçisi,fil.ü.f.d.Əli Əliyev “Tanınmış qorqudşünas alim Ş.Cəmşidov” adlı məruzəsində görkəmli elm xadimi Ş.Cəmşidovun yaradıcılıq yolu barədə məlumat verib. Elmi işçi Aytən İmanova “Kitabi-Dədə Qorqud”un epik abidə kimi öyrənilməsinin tarixi məktəbləri” adlı məruzəsində abidənin araşdırılma tarixindən danışıb.
AMEA müxbir üzvü M. Nağısoylu, fil.ü.f.d.Ə.Nəcəfov, fil.ü.f.d.M.Məmmədova, rəssam F.Əli məruzə ətrafında çıxış ediblər.
Mənbə: ANS PRESS