Qadin.NET / Hiss edilməyəcək savaş yaxınlaşır

Hiss edilməyəcək savaş yaxınlaşır

 

Hiss edilməyəcək savaş yaxınlaşır

Alman yazıçısı, Nobel mükafatı laureatı Günter Qrass ömrünün sonuna yaxın verdiyi müsahibələrindən birində avropalılara səslənib.ANS PRESS-in məlumatına görə, o, avropalıları Rusiya prezidenti Putini anlamağa və ABŞ maraqlarına tabe olmağı dayandırmağa səsləyib. Yazıçı SSRİ dağılandan sonra təhlükəsizlik alyansı yaradaraq Rusiyanı da oraya daxil etməməyi böyük səhv adlandırıb.
"Ukraynaya Avropa İttifaqına, NATO-ya qoşulmaq sözü veriblər. Rusiyanın buna belə formada reaksiya verməsi anlaşılandır", - deyə alman qəzeti yazıçının sözlərindən sitat gətirib.
Günter Qrass həmçinin Üçüncü Dünya müharibəsi ehtimalı haqqında da danışıb. O, ölümünə 3 həftə qalmış bu sözləri deyib: "Biz üçüncü dünya müharibəsinə doğru gedirik. Bütün dünyanı müharibələr bürüyüb. Biz öz səhvlərimizi yenidən təkrarlamaq təhlükəsi ilə üz-üzəyik. Müharibə başlaya bilər, amma biz lunatiklər kimi onun yaxınlaşdığını da hiss etməyəcəyik".

 

Mənbə: ANS PRESS

15 aprel 2015
GO BACK