Qadin.NET / "Türkiyə qanunsuz erməni mühacirləri deportasiya edə bilərdi"

"Türkiyə qanunsuz erməni mühacirləri deportasiya edə bilərdi"

 

 

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Onun sözlərinə görə, hazırda Türkiyədə 100 min Ermənistan vətəndaşı yaşayır və bu ona göstərir ki, ölkədə ermənilərə qarşı heç vaxt diskriminasiya olmayıb.
Avropa Parlamentinin bu gün qondarma "soyqırımı" iddiaları ilə bağlı qətnaməni müzakirə edəcəyinə toxunan dövlət başçısı bildirib ki, nə cür qərar qəbul ediləcəyini bilmir.
Prezident qeyd edib: "Əgər Avropa Parlamenti uydurma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etsə, bu, Türkiyə üçün əhəmiyyət daşımayacaq. Çünki ölkənin tarixində belə bir hal olmayıb".

Mənbə: Milli.Az

15 aprel 2015
GO BACK