Qadin.NET / Sabahın hava proqnozu

Sabahın hava proqnozu

 

 

Aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah Azərbaycanda şimal-qərb küləyi əsəcək və nəticədə temperatur bir qədər aşağı enəcək.
Səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Aprelin 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi cənub rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı güman edilir.
Qeyd edək ki, aprelin 16-da gündüz küləyin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

 

Mənbə: ANS PRESS

15 aprel 2015
GO BACK