Son bir neçə ildə ölkənin seysmik zonalarında aktivliyin artması və ya dəyişikliklərin baş qaldırması müşahidə edilir. Yağış yağmağa başlayan kimi Bakı və bölgələrdəki bəzi ərazilərdə sürüşmə aktivləşir. Bakının özündə də bu cür sürüşməyə meylli zonalar var. Və əlaqədar qurumlar vəziyyəti daim nəzarət altında saxlamağa çalışırlar. Bunun üçün mütəmadi tədqiqat işləri aparılır, monitorinqlər keçirilir.
ANS TV-nin məlumatına görə, hazırda ölkə ərazisinin 25-26% təhlükəli sürüşmə zonasının 5-10%-i yeni yaranıb. Bu gün ölkədə sürüşmə təhlükəsilə bağlı böyük və nisbətən narahatlıq doğuran problem Bakı şəhərindədir.
Sürüşmə ilə bağlı aparılan tədqiqatlar onu göstərir ki, sürüşmə ocaqları ildən-ilə artır. Baxmayaraq ki, Bayıl və Bakı amfiteatrı deyilən zona hər zaman sürüşmə sahəsi olub. Lakin Günəşli, Əhmədli, Zığ, Masazır və digər zonalarda yaranan sürüşmə zonaları isə yenidir. Həmin ərazilərin yerləşdiyi yamaclar sürüşmə yamacları deyil. Sadəcə həmin ərazidə təzyiqin artması, böyük binaların tikilməsi və digər insan amilləri sürüşmənin yaranmasına şərait yaradır.
“Sürüşmənin yaranmasında insan amilinin təsiri mütləq nəzərə alınmalıdır. Belə ki, kənd yaşayış məntəqələrində insanlar əkin sahələrinin suvarılmaq məqsədilə hədən artıq sudan istifadə edirlər. Eyni zamanda şəhərlərdə isə kanalizasiya və yaxud su xəttlərində yaranan sızmalar sonda sürüşmən prosesilərinin aktivləşməsinə gətirib çıxarır”, - deyə Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bildirib.
Elbrus Əlizadənin sözlərinə görə, hazırda ən çox narahat edən məsələ sürüşmə sahələrinin insanların təsirilə yaranmasıdır. Bü səbəbdən sürüşmə sahələrindəki aktivlik təkcə paytaxtda yox, bölgələrdəki təhlükəli zonlarında da müşahidə edilir:“Hazırda respublika üzrə nisbi təhlükəli Şamaxı, İsmayıllı, Şabran, Lənkəran, Lerik zonalarıdır”.
Qurum rəsmisinin dediyinə görə, Coğrafiya İnstitu və digər elmi tədqiqat instituları tərəfindən bu proseslər öyrənilir və monitorinqlər aparılır. Həmin zonalara da diqqəti artırmaq və profilaktik tədbirlər görmək lazımdır ki, öncədən baş verə biləcək hadisələrin qarşısı alınsın.
Mənbə: ANS PRESS