Qadin.NET / Avropa və Asiyanın arası qaranlığa qərq olacaq

Avropa və Asiyanın arası qaranlığa qərq olacaq

 

Avropa və Asiyanın arası qaranlığa qərq olacaq

Türkiyənin İstanbul şəhərində İstanbul (Bosfor) boğazının üzəri ilə Avropa və Asiya qitələrini birləşdirən körpülərdə 3 ay işıqlar yanmayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə İstanbul meriyası açıqlama yayıb:
“Boğaziçi və Fateh Sultan Mehmed (FSM) körpülərindəki təmir və bərpa işləri çərçivəsində körpülərin asıldığı troslar dəyişdiriləcəyi üçün trosların üstündə olan işıqlandırma sistemi də söküləcək. Trosların dəyişdiriləcəyi 15 aprel – 15 iyul tarixləri arasında sadəcə trosların asıldığı əsas platformanın üstündə olan işıqlar yanacaq”. 
Açıqlamada həmçinin təhlükəsizlik baxımından sürücülərə yol hərəkəti nişnlarının tələblərinə riayət olunması tövsiyyə olunub. 
“Təmir işlərinin təhlükəsizlik şəraitində davam etməsi üçün təhlükəsizlik qüvvələri lazımi tədbirləri görəcək. Təmir müddətində yolda avtomobillərin normal hərəkəti üçün sürücülərə yolda olan yol hərəkəti nişanlarının tələblərinə riayət etmələri tövsiyyə olunur”. 

 

Mənbə: ANS PRESS

15 aprel 2015
GO BACK