Qadin.NET / Hər qadını maraqlandıran sual: ağrısız doğuş mümkündürmü?

Hər qadını maraqlandıran sual: ağrısız doğuş mümkündürmü?

 

Doğuş zamanı qadın müəyyən ağrıları hiss edir.

 

Uşaqlıq, uşaqlıq boynu, uşaqlıq yolu, aralıq nahiyəsi xeyli dartılır və bu, təbii ki, ağrılara, bəzi xoşagəlməz hisslərə səbəb olur.
Bildiyimiz kimi, güclü ağrı hətta insanın şok nəticəsində həlak olmasına səbəb ola bilər. Lakin bu, yalnız patoloji ağrılara aiddir. Doğuş zamanı olan ağrılar isə patoloji deyil, təbiidir və bu səbəbdən belə ağrılar dözülə biləndir. Bundan əlavə doğuş zamanı qadının qanına çoxlu miqdarda endorfinlər ("xoşbəxtlik hormonları") ifraz olunur ki, bu hormonlar doğan qadının orqanizminə güclü təbii ağrısızlaşdıran vasitə kimi təsir edir.
Bəzi sadə məsləhətlər qadına doğuşu daha rahat keçirtməyə kömək edə bilər.
Milli.Az saglamolun.az-a istinadən onları təqdim edir:  
- Doğuş ağrılarının intensivliyi ilk növbədə qadının doğuşa olan münasibətindən asılıdır. Bunu bütün mama-ginekoloqlar təsdiq edə bilər. Əgər qadın əvvəlcədən özünü ağır iztirablara, dozülməz ağrılara və s. hazırlayıbsa, qadın bunların hamısını alacaq. Lakin əgər qadın səbirsizliklə, sevgi ilə öz körpəsinin doğulmasını gözləyirsə və yalnız körpəsinin bu dünyaya daha asan gəlməsini düşünürsə və bunun üçün hər şey edirsə, bu qadın doğuşu çox rahat və asan keçirəcək. 
- Hər bir hamilə qadın özünü doğuşa əvvəlcədən hazırlamalıdır. Bunun üçün xüsusi klublar, məsğələlər və s. var. Əgər qadın müxtəlif səbəblərə görə belə məşğələlərə gedə bilmirsə, doğuş haqqında kitablar oxumalı, İnternetdə bu haqda məlumat toplamalıdır və s. Bu çox vacibdir. Bütün insanlar onlara məlum olmayan şeylərdən qorxur. İlk dəfə doğuşa gedən qadın onu nə gözlədiyini bilmir və məhz bu, əsasən qorxuya səbəb olur.
Qohumlar və rəfiqələrin doğuş haqqında "hekayələrinə" qulaq asmaq doğuşa hazırlığın ən pis variantıdır. Bu qadınların arasında çətin doğuş keçirənlər də tapıla bilər ki, məhz onların sözləri yaddaşınıza həkk olunaraq sizdə doğuşla bağlı mənfi fikirlər yarada bilər. 
- Doğuş zamanı bağlar və əzələlər dartılır və məhz bu ağrılara səbəb olur. Qadın gərgin olduqda, özünü sıxdıqda, bu ağrılar daha güclü olur. Lakin əksinə, qadın özünü mümkün qədər "boşaltdıqda", sərbəst olduqda, ağrılar azalır. 
- Doğuş zamanı belin aşağı hissəsinin masajı çox yaxşı təsir edir. Belə masaj sinir impulsların keçirməsini dayandırır və ağrı xeyli azalır. Qadın belə masajı özü-özünə edə bilər və ya bunu tibbi personal, doğuşa buraxılmış ana, rəfiqə, bacı və s. etməlidir. Masajı barmaqların ucları ilə, yumruqla, əlin içi ilə etmək olar. Bel nahiyəsini sığallamaq, ovxalamaq, ovuşdurmaq, yavaş-yavaş döyəcləmək və s. lazımdır. Doğuş tutması zamanı bu qayda ilə çanaq sümüklərinə (qarının yan tərəflərində olan sümüklər) təsir etmək olar. Bu da ağrının azalmasına kömək edir. 
- Doğuş zamanı qışqırmaq olmaz. Bu, doğuş prosesini yalnız çətinləşdirir və ləngidir. Qadın ona doğuş üçün lazım olan gücünü sanki israf edir. Mama-genekoloqlar sübut edir ki, ananın qışqırığı körpəni da çox qorxuzur, və körpə də doğulmağa "tələsmir". 
- Doğuş zamanı qadın mama-ginekoloqun göstərişlərinə qarşı diqqətli olmalıdır və bu göstərişləri dəqiqliklə yerinə yetirməlidir. Bu, doğuşun daha asan keçməsi və daha tez başa çatması üçün olduqca vacibdir.
Mənbə: Milli.Az
15 aprel 2015
GO BACK