Qadin.NET / Niderlandda bütün avtomobil yolları pullu ola bilər

Niderlandda bütün avtomobil yolları pullu ola bilər

 

 

Niderland hökuməti ölkənin bütün avtomobil yollarında nəqliyyatın hərəkətinin ödənişli olması imkanlarını tədqiq edir.AZƏRTAC DutchNews nəşrinə istinadla xəbər verir ki, İqtisadi Siyasətin Analizi üzrə Büronun (CPB) və Ətraf Mühitin Vəziyyətinin Qiymətləndirilməsi üzrə Agentliyin (PBL) tədqiqatlarına əsasən avtomobil yollarının pik saatlarında istifadəsinə görə hər kilometrə 11 sent məbləğində yeni vergilərin tətbiq olunması həm iqtisadi tənəzzül, həm də inkişaf şəraitində xəzinəyə gəlir gətirə bilər. Bununla yanaşı, həmin qərarı praktiki surətdə həyata keçirmək çox qəliz olacaq.
Qeyd edək ki, avtomobil yollarından istifadə üçün verginin tətbiqinə dair əvvəlki hökumətlərin planlarının heç biri indiyə qədər həyata keçirilməyib. Ətraf mühit və infrastruktur üzrə dövlət katibi Vilma Mansveld artıq bir neçə dəfə bu ideyaya qarşı çıxdığı barədə bəyanat verib.

Mənbə: Milli.Az

15 aprel 2015
GO BACK