Qadin.NET / Ən zərərli smartfonlar

Ən zərərli smartfonlar

 

Dünya alimlərinin uzun illər mobil telefonların insanın sağlamlığına təsirini araşdırmasına baxmayaraq, onlar ümumi fikrə gələ bilməyiblər.

 

Milli.Az ICT nevs-a istinadən bildirir ki, cihazlar elektromaqnit dalğaları buraxır və onlar nə qədər az olsa, bir o qədər yaxşıdır. CNET nəşrinin fransız bölməsinin müşahidəçiləri şüa cəhətdən ən təhlükəsiz smartfonları aşkar etməyə cəhd ediblər.
Ekspertlər populyar smartfonlar üçün elektromaqnit enerji sərfiyyatını müəyyənləşdirən xüsusi udma əmsalını (Specific Absorption Rate, SAR) ölçüblər. Dünyanın müxtəlif ölkələri üçün SAR-ın təhlükəsiz səviyyəsini müəyyən edən normalar mövcuddur. Məsələn, Avropada bu göstərici üçün son qiymət 2 Vatt/kq, Cənubi Koreyada 1,6 Vatt/kq təşkil edir.
CNET nəşrinin hesablamasına görə, Galaxy Mega modelində elektromaqnit şüasının səviyyəsi azdır, sözügedən qurğunun xüsusi udma əmsalı 0,142 Vatt/kq təşkil edir. Qeyd edək ki, iPhone 6 smartfonunda bu göstərici 0.972 Vatt/kq-dır.Alma şirkətinin smartfonu Samsung Galaxy Note (0,241 Vatt/kq) və Galaxy S6 Edge (0,334 Vatt/kq), LG G3 (0,291 Vatt/kq), BlackBerry Passport (0,33 Vatt/kq) və HTC Desire 620 (0,362 Vatt/kq) kimi modellərdən geri qalıb.
Ən yüksək SAR səviyyəsi (1,46 Vatt/kq) HTC One Mini 2 smartfonunda qeydə alınıb. Ən zərərli smartfonların reytinqində Nokia Asha 503 (1,43 Vatt/kq) aparatı ikinci, iPhone 5s (0,979 Vatt/kq) aparatı üçüncü pillədə qərarlaşıb.
Mənbə: Milli.Az
15 aprel 2015
GO BACK