BMW Group şirkəti sürücülər üçün tamamlanmış reallıq eynəklərinin prototipini təqdim edib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, alman istehsalçılarına eynəklərin hazırlanmasında Qualcommun mütəxəssisləri kömək edib. Eynəklər isə Osterhout Design Groupun qurğularına çox oxşayır. Baxmayaraq ki, onlar BMW-nin şəxsi DesignworksUSA studiyası tərəfindən layihələndirilib.
Yeni eynək modeli sürücülərə naviqasiyada, parklamada dəstək olur, görüntünü genişləndirir və avtomobil haqda məlumatı təsvir edirlər.
Mənbə: Milli.Az