Şəkər xəstəliyi son zamanlarda geniş yayıldığı üçün onun müalicəsi, şəkər xəstələrinin qidalanması, idman edə bilməsi və şəkər xəstəliyi haqqında digər məlumatlar çoxlarını maraqlandırır.
Milli.Az publika.az-a istinadən şəkər xəstəliyi haqqında doğru bilinən yanlışları təqdim edir.
Səhv: Şəkər xəstələri ümumiyyətlə, heç bir şey etməməlidir.
Doğrudur: Əksinə, şəkər xəstələri yemək saatına dəqiqliklə əməl etməlidir. Bu, qan şəkərini normaya salmaq üçün vacibdir. Yatmazdan bir neçə saat əvvəl az şəkərli meyvə, məsələn, alma, armud, alça yemək uyğundur.
Səhv: İnsulin müalicəsi asılılıq yaradır.
Doğrudur: İnsulin müalicəsi lazımdırsa, mütləq başlanmalıdır. Vərdiş və ya asılılıq yaratmır.
Səhv: İnsulinə nə qədər gec başlansa, o qədər yaxşıdır.
Doğrudur: Erkən insulin müalicəsi mədəaltı vəzilərini qoruyur, orqanizmin yeni insulin istehsal etməsini dəstəkləyir.
Səhv: Çox dərman qəbul etmək mənim üçün zərərlidir.
Doğrudur: Lazım olan dərmanlar, reseptlər zamanında və həkim nəzarətində yazılmalıdır. Bədənin ehtiyacı varsa, az və
ya çox dərman fərq etmədən qəbul etmək şərtdir.
Səhv: Əsəblər pozulanda, şəkərim qalxır.
Doğrudur: Qan şəkəri düşəndə ürək döyüntüsü artır, tərləmə gəlir, əhval korlanır. Şəkər yüksələndə bunlar baş vermir.
Səhv: Diabet xəstəliyi müvəqqətidir.
Doğrudur: Şəkər xəstəliyi ömür boyu davam edən xroniki xəstəlikdir. Yaxşı müalicə ilə diabet xəstəliyinin mənfi təsirindən qorunmaq mümkündür.
Səhv: Şəkər xəstələri idman edə bilməz.
Doğrudur: Şəkər xəstələri yeriş, üzgüçülük, velosiped kimi aşağı tempdə idman növləri ilə məşğul ola bilərlər. Hətta bu, sağlamlığına daha yaxşı təsir edir.
Səhv: Şəkər xəstələri əməliyyat ola bilməz.
Doğrudur: Şəkər səviyyəsi diqqətlə təqib edildikdə şəkər xəstələri də hamı kimi əməliyyat oluna bilər.
Səhv: Şəkər dərmanları hər zaman eyni dozada istifadə edilir.
Doğrudur: Şəkərin səviyyəsinə görə dərman miqdarı azalıb çoxala bilər.
Səhv: Şəkər xəstələrinə limon yaxşı təsir edir.
Doğrudur: Xalq arasında limonun şəkəri aşağı saldığı söylənilir, ancaq bu mövzuda elmi tədqiqatlar aparılmayıb və bu məlumatın doğruluğu sübut olunmayıb.
Səhv: Diabetə təkcə yaşlılar arasında rast gəlinir.
Doğrudur: Son illərdə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat nəticəsində uşaqlar və gənclərdə də diabet xəstəliyinə rast gəlinir.
Səhv: Meyvə suyu içmək zərərsizdir.
Doğrudur: Bir stəkan meyvə suyunu əldə etmək üçün ən azı 3 ədəd meyvə sıxmaq lazımdır, bu da qan şəkərini birdən yüksəldir və xəstəyə zərər verir. Bu səbəblə diabet xəstələri meyvələri sıxmadan, yalnız bir ədəd yeməlidir.
Səhv: Şəkər xəstəliyi kökəlməyə səbəb olur.
Doğrudur: Xəstə qan şəkərini yüksəltmək üçün şirin yemək yeyirsə və ya yuxarıda qeyd etdiyimiz kimi idmanla məşğul olmaq zərərdir deyə düşünürsə, pis qidalanma və hərəkətsiz həyat tərzi kökəlməyə səbəb olur.
Mənbə: Milli.Az