Cəmil Çiçəklə görüşən Sergey Narışkin bu barədə açıqlama verib.
"Çanaqqala müharibəsinin 100-cü ildönümü münasibətilə keçirilən mərasimə qatılmaq üçün Türkiyəyə mən gələcəyəm. Bu səfərin Rusiya və Türkiyə arasındakı dostluğu möhkəmləndirəcəyini, bölgəmizdə sülh və sabitliyə töhfə verəcəyini düşünürəm", - deyə Narışkin bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatında bu xəbəri "Rusiya prezidenti Vladimir Putin Türkiyəyə dördüncü adamını göndərir" kimi dərc edilib. Bildirilir ki, Rusiyada birinci adam Vladimir Putin, daha sonra isə baş nazir Dmitri Medvedev, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Sergey Narışkin gəlir.
Mənbə: ANS PRESS