Qadin.NET / "Neftçi" loqosunu dəyişir

"Neftçi" loqosunu dəyişir

 

"Neftçi" loqosunu dəyişir

"Neftçi"nin Müşahidə Şurasının ilk iclası keçirilib. ANS PRESS-in məlumatına görə, "Bakcell Arena"da baş tutan iclasda 7 qərar qəbul olunub: 
1. "Neftçi"nin yeni strukturu və iş sistemi təsdiq edilib. Müşahidə Şurasının növbəti iclasına kimi, klubun ştat cədvəlinin hazırlanaraq şuraya təqdim edilməsi qərara alınıb.
2. "Neftçi"nin yeni strukturunda idman direktoru vəzifəsinin təsis edilməsi və bu vəzifənin Vəli Qasımova həvalə edilməsi ilə bağlı qərar qəbul edilib. 
3. "Neftçi"nin Futbol Akademiyası nəzdində "Sergey Kramarenko adına qapıçılar məktəbi"nin təsis edilməsi haqqında qərar qəbul edilib. 
4. İclasda "Neftçi"nin muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Muzey layihəsi ilə bağlı meydana çıxacaq maliyyə xərcləri Müşahidə Şurasının növbəti iclasında təqdim olunacaq.
5. "Neftçi"nin iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı qərar qəbul edilib.
6. "Neftçi"nin Müşahidə Şurasına təqdim olunmuş "Stadium tour" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib.
7. "Neftçi"nin rəsmi loqosnun yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında geniş miqyaslı sorğunun təşkil olunmasına qərar verilib.
Qeyd edək ki, "Neftçi" PFK-nın rəsmi loqotipi indiyə kimi 4 dəfə yenilənib.

 

Mənbə: ANS PRESS

14 aprel 2015
GO BACK