Qadin.NET / Messi ilə Ronaldu eyni komandada oynayacaqlar

Messi ilə Ronaldu eyni komandada oynayacaqlar

 

 

UEFA yeni bir layihə həyata keçirməyə çalışır.Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, qitə futbol qurumu NBA-də olduğu kimi, hər il “All-Star” oyunu təşkil etmək üçün danışıqlara başlayıb.
NBA-də Şərq və Qərb konfransı arasında oyun keçirilirsə, UEFA hər il Şimal - Cənub qarşılaşmaları təşkil edəcək. Şimal komandasında İngiltərə Premyer Liqasında, Almaniya Bundesliqasında və Rusiya Premyer Liqasında çıxış edən futbolçular yer alacaqlarsa, Cənub komandasının heyəti La Liqa (İspaniya), Liqa 1 (Fransa) və A seriyasında (İtaliya) top qovan ulduzlardan ibarət olacaq. Bir klubdan maksimum 3 oyunçunun dəvət edilməsi gündəmdədir.
Bu isə o deməkdir ki, azarkeşlərin uzun illərdir “Ronaldu ilə Messi eyni komandada yer alsa, necə olar?” sualına cavab tapılacaq. UEFA “All-Star” oyunlarını 2017-ci ildən təşkil etməyi planlaşdırır və nəhəng klublara bu barədə artıq məlumat verilib.
İspaniya KİV-i isə “turnir indi keçirilsə, komandalar hansı futbolçulardan qurulardı?” sualına şəkildə göstərilən heyətlə cavab tapmağa çalışıb.
Mənbə: Milli.Az
14 aprel 2015
GO BACK