Qadin.NET / Məşhur oyunçu prezidentə heyran oldu

Məşhur oyunçu prezidentə heyran oldu

 

 

Dünya ulduzu Türkiyə przdenti Rəcəb Tayyib Ərdoğana məst olub. ANS PRESS-in məlumatına görə, ötən gün Ərdoğan Super Liqa komandalarının kapitanlarını qəbul edib.
Dövlət başçısı ilə görüşənlər arasında yeganə əcnəbi "Trabzonspor"un Konqo əsilli portuqaliyalı ulduzu Jose Bosinqva prezidentlə görüşdən razı çıxıb. O, prezidentə heyran olub. 
"Türkiyə prezidenti mənə adımla xitab etdi. Məni diqqətlə dinlədi. Yaşadıqlarımı həyatım boyu unutmayacam. Həmişə gözəl bir xatirə kimi xatırlayacam". 
Bosinqva prezidentə klubu adından imzalı 3 nömrəli formasını hədiyyə edib. Türkiyənin dövlət başçısı da nəvəsinin "Trabzonspor" tərəfdarı olduğunu və bunun ona yaxşı hədiyyə olduğunu deyib.

 

Mənbə: ANS PRESS

14 aprel 2015
GO BACK