Yer təhlükədə ola bilər. Nəhəng asteroid planetimizlə toqquşa bilər. Yaxınlaşan təhlükəli səma cismi Çelyabinsk meteoritindən iki dəfə böyükdür.
ANS PRESS-in məlumatına görə, Texas Universitetindən olan Cudit Ris adlı alim-astronom "2012 РўРЎ4" adlanan yeni asteroid aşkar etdiyini açıqlayıb. Onun hesablamalarına görə, bu cism 2017-ci il oktybarın 12-də planetimizə yaxınlaşacaq və yerlə toqquşmaq təhlükəsi yaranacaq.
Hələlik asteroid bizdən kifayət qədər uzaqda yerləşir.
Asteroidin eni 40 metrə yaxındır. "2012 РўРЎ4" düşəcəyi əraziyə böyük ziyan vura bilər.
Lakin Avropa kosmik agentliyi narahatlığa əsas görmür. Bu qurumun alimləri hesab edirlər ki, cismin yerə düşmə ehtimalı milyonda birdir.
Xatırladaq ki, Çelyabinsk meteorite 2013-cü il fevralın 15-də düşüb. Partlayış dalğası nəticəsində bir çox binanın şüşələri sınıb. 1500-ə yaxın insan zərər çəkmişdi.
Mənbə: ANS PRESS