Qadin.NET / Polis sükan arxasında telefonla danışa bilərmi?

Polis sükan arxasında telefonla danışa bilərmi?

 

 

Qanunvericilik sükan arxasında olan sürücülərə mobil telefondan istifadə etmək imkanını vermir. İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən bu məsələlər vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilir. El TV (Region TV) xəbər verir ki, nə hüquqi, nə də fiziki şəxslər qanunun nəzərdə tutduğu bu müddəalardan kənarda qala bilməzlər. Lakin əməkdaşlarımızın Yevlaxda apardıqları araşdırmalar zamanı məlum olub ki, bəzən polis əməkdaşlarının özləri də bu qaydalara əməl etmirlər.
Hüquqşünas Fərhad Məmmədov isə deyir ki, dövlət məmuru birinci özü nümunə göstərməlidir: 
"Qanunlara, normativ aktlara, dövlət tərəfindən müəyyən olunan digər bütün hallara birinci məhz vəzifəli şəxslər, dövlət məmurları əməl etməlidirlər”.
Zəruri hallarda sürücülər mobil telefondan istifadə edə bilərlər. Əgər qanuna müraciət etsək, hərəkətdə olarkən onlara yalnız nəzərdə tutulan yerlərdə avtomobili saxlayaraq, mobil telefonla danışmaq icazəsi verilir. Ancaq avtomobildə əyləşən sərnişinin mobil rabitədən istifadə etməsi mümkündür. Amma bir şərtlə ki, o, sürücünün diqqətini yayındırmasın. İnzibati Xətalar Məcəlləsi sükan arxasında mobil telefonla danışan sürücülərin 560 manat məbləğində cərimələnməsini ehtiva edir.

Mənbə: Milli.Az

14 aprel 2015
GO BACK