Qadin.NET / Üzən şəhər tikiləcək

Üzən şəhər tikiləcək

 

 

 

 

 

 

Amerikada San-Fransisko İnstitutu çox qəribə bir müsabiqə elan edib.ANS PRESS-in məlumatına görə, müsabiqə dünyada ilk dəfə olaraq su üzərində şəhərin tikilməsi ilə əlaqədardır. Mütəxəssislər üzən şəhərin 2020-ci ilə hazır ola biləcəyini də ehtimal edirlər. İnstitutun əməkdaşları Niderland şirkəti ilə birlikdə belə bir qənaətə gəliblər ki, suda bu üslubda inşa edilən tikililər Yer kürəsində əhali artımı problemini həll edə bilər.

Müsabiqə təşkilatçılarının iştirakçılar üçün qoyduqları əsas şərtlər isə bunlardır: tikili düzbucaqlı platformalarda yerləşdirilməlidir, fırtınalara qarşı davamlı olmalıdır, hər tərəfinin eni 50 metrdən az olmamalıdır, evlərin mərtəbələri 3-dən artıq olmamalıdır, şəhərin özü isə elə tikilməlidir ki, azimuta görə öz səmtini asanlıqla dəyişə bilsin.
Bildirilib ki, münsiflərin bəyəndiyi layihə bu il iyulun sonunda elan ediləcək və göstəriləcək. Hətta artıq potensial iştirakçılardan ilk eskizlər də təqdim edilib.

 

Mənbə: ANS PRESS

14 aprel 2015
GO BACK