Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsinin kənarlarında qanqal satanlara çox rast gəlinir. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, onlar hər gün səhər sahələrdən bu bitkini yığaraq satışa çıxarırlar. Qanqal yığarkən tikanlarının ələ batmaması üçün əlcəkdən istifadə olunur. Satıcılar qanqalın bir dəstəsini 50 qəpik - 1 manat aralığında alıcılara təklif edirlər. Onlar gün ərzində 20-30 dəstə qanqal satdıqlarını deyirlər. Mütəxəssislər isə bildirirlər ki, təzə yetişən qanqalı soyub yemək çürümə gedən dişlərin sağlamlaşmasına kömək edir, gözün görmə qabiliyyətini artırır. Bu bitkinin mədə-bağırsaq və digər xəstəliklər üçün də faydası var. Xatırladaq ki, qanqalın bütün növləri insanlar tərəfindən yeyilmir.
Mənbə: Milli.Az