Əhalinin bildirçinə və bu quşun məhsullarına tələbatı artıb. Bildiridiyinə görə, bəziləri bu quşu diri alırlar. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, bildirçin ətindən əsasən toy məclislərində istifadə olunur. Satıcı Elton İbişov deyir ki, mağazalarda da bu quşun ətinə tələbat az deyil.Mütəxəssis Bəhmən Mədətovun bildirdiyinə görə, bildirçin əti və yumurtası bütün insanlar, xüsusilə də uşaqlar üçün faydalıdır. Bildirçin yumurtasında digər yumurtalara nisbətən fosfor 5, dəmir 8, B1 və B2 vitaminləri müvafiq olaraq 6, 15, zülal 9 dəfə çoxdur. Bildirçin əti isə mədə-bağırsaq xəstəliklərinə müalicəvi təsir göstərir.Diri çəkisi təxminən 200 qram olan bildirçin 1 manat 50 qəpiyə, yumurtası isə 10 qəpiyə alıcılara təklif olunur.
Mənbə: Milli.Az