Qadin.NET / Dünya çempionu Azərbaycana gəlib

Dünya çempionu Azərbaycana gəlib


Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib. Trend-in məlumatına görə, hava limanında qonağı ShamkirChess 2015 turnirinin təşkilatçısı Synergy Group-un rəsmiləri qarşılayıblar. Məşhur şahmatçı bu gün səhər Gəncəyə, oradan isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turniri aprelin 16-da start götürəcək.

Ötən il keçirilən ilk yarışın qalibi norveçli Maqnus Karlsen olub.
Synergy Group ASC-nin təşkilatçılığı ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcəklər.
X X X 
Kəpəz TV (Region TV) xəbər verir ki, Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin 10 iştirakçısından biri olan Maqnus Karlsen Şəmkirə gəlib. Əvvəlcə təyyarə ilə Bakıya, ölkə paytaxtından isə hava nəqliyyatı ilə Nizami yurduna təşrif buyuran dünya çempionu Gəncə Beynəlxaq Hava Limanında yarışın təşkilatçıları tərəfindən qarşılanıb. Karlseni ölkəmizdə məşqçisi müşayiət edir. Yaxın günlərdə Maqnusun atasının da Şəmkirə gələcəyi gözlənilir.   

Mənbə: Milli.Az

14 aprel 2015
GO BACK