Qadin.NET / Ukraynada ara yenidən qarışdı

Ukraynada ara yenidən qarışdı

 

Ukraynada ara yenidən qarışdı

Rusiyanın bu gün başı həm də Ukraynadakı müharibəyə qarışıb. Məhz bu səbəbdən də Avropanın sərt sanksiyaları ilə üz-üzə qalan rəsmi Moskva nə qədər inkar etsə belə, Ukrayanda separatçıları silahlandırdığını o qədər də gizlətmək olmur. Təsəvvür edin, xristian dünyasında pasxadır. Separatçılar isə yumurta əvəzinə silahları boyayıb nümayiş etdiriblər.
ANS TV-nin məlumatına görə, dünya xristianlarının pasxa bayramını qeyd etdikləri bir vaxtda Ukraynada silah səsləri susmaq bilməyib. Münaqişə tərəfləri bayram günlərində atəşkəsi qorumağa söz versələr də, çox keçmədən ölkədə yenidən silah səsləri eşidilib. Rusiya telekanallarının yayımladığı həvəskar çəkilişlərdə Donetskdə döyüşçüləri özlərinə məxsus yumor hissilə pasxada yumurta deyil, qranatlar boyadıqlarını nümaiş etdiriblər.
Qondarma Donetsk Xalq Respublikasının yaydığı məlumata görə, Donetsk yaxınlığında baş verən atışmada bir nəfər həlak olub, 6 döyüşçü isə yaralanıb. İddiaya görə, gecə saatlarında Ukrayna qoşunları Minsk sazişində razılaşdırılmış təmas xəttini keçərək, döyüşçülərin mövqeyini ələ keçirməyə çalışıb.
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının rəhbəri Ərtoğrul Apakan, Donbas regionunda Pasxa bayramında döyüşlərin bərpa olunması ilə bağlı narahatlıq ifadə edib. Ərtoğrul Apakan bütün tərəfləri maksimum şəkildə təmkinli olmağa və Minsk sazişində təsbit olunmuş öhdəliklərə əməl etməyə çağırııb.
Məlumata görə, üç günlük tam asayişdən sonra Şirokino şəhərində hərbi əməliyyatlara start verilib. Buna qədər ATƏT-in vasitəçiliyilə əldə olunan asayış sayəsində aprelin 9 və 10-da beynəlxalq müşahidəçilər şəhərə daxil olaraq, yerli sakinlərə humanitar yardım çatdırıblar.
BMT-nin son məlumatına görə, münaqişə qurbanlarının sayı 6 min nəfəri keçib. Minsk razılaşmasına məhəl qoymayan tərəflər atəşkəsi pozmaqda bir-birlərini təqsirləndirirlər. Və sadəcə cavab atəşi açdıqlarını iddia edirlər.

 

Mənbə: ANS PRESS

14 aprel 2015
GO BACK