"Uğurlu gələcəyin sirləri" mövzusunda Bakıda treyninq keçirilib.
ANS PRESS-in məlumatına görə, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu”nun maliyyə yardımı ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Gənclərlə Gələcəyə” layihəsi çərçivəsində hazırlanmış “Bədən Dili və Natiqlik Sənəti” adlı kitabın təqdimat mərasimi və maarifləndirmə treyninqi bu dəfə Bakı şəhərində həyata keçirilib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, və “Bədən Dili və Natiqlik Sənəti” adlı kitab təqdim olunub.
Bundan başqa, layihə çərçivəsində yeniyetmə və gənclərə sosial fobiyanın zərərləri, virtula aləmdən düzgün istifadə qaydaları, real kimlik, ümumi bədən-dili, liderlərin bədən-dili, təsirli nitqin əhəmiyyəti, həyacan və gərginliyi idarə etmək, yaradıcı düşünmə mövzularında Azərbaycanın tanınmış təlimçisi Sənan Nəcəfov tərəfindən təlim keçirilib.
Qeyd edək ki, “Könüllü Gənclər” İctimai Birliyi yeniyetmə və gənclərdə sosial fobiyanın aradan qaldırmaq, kütlə qarşısında nitq mədəniyyətini formalaşdırmaq və düzgün ünsiyyət vasitələrindən o cümlədən bədən-dilindən doğru istifadə etmək məqsədi ilə “Gənclərlə Gələcəyə” layihəsinə start verib.
Mənbə: ANS PRESS