BMT baş katibinin mətbuat sözçüsü Stefan Düjarrik 1915-ci il hadisələrinə dair qondarma erməni “soyqırımı” iddiaları bardə danışarkən “faciəvi hadisə” və “qətliam” deyib. ANS PRESS-in məlumatına görə, papanın erməni iddialarını şərh etməsi barədə suala cavab verən Düjarrik 1915-ci il 24 apreldə baş vermiş faciəvi hadisələri yad edəcəklərini bildirib.
“Baş katib Ban Ki-mun 1915-ci ilin faciəvi hadisələrinin xatırlanması və yad edilməsi ilə o dövrdə baş vermiş həqiqətlərin aşkarlanması üçün əməkdaşlığın davam etdirilməsinin, oxşar qətl hadisələrinin gələcəkdə baş verməməsi üçün kollektiv qərarlılığın gücləndirilməsinin lazım olduğuna inanmaqdadır”.
Düjarrik BMT-nin oxşar cinayətlərin yenidən baş verməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin potensialının artırılması üçün səy göstərdiyini vurğulayıb.
Mənbə: ANS PRESS