Qadin.NET / Milli qəhrəman olan jurnalistin ad günüdür

Milli qəhrəman olan jurnalistin ad günüdür

 

Milli qəhrəman olan jurnalistin ad günüdür

Telejurnalist, publisist, şair, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev 1952-ci il aprelin bu günündə dünyaya gəlib. ANS PRESS-in məlumatına görə, onun lirik şerləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb. 
Ermənilərin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanır.
1991-ci ildə fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülür. Elə həmin il noyabrın 20-də Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun vurulması nəticəsində şəhid oldu. 
Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

 

Mənbə: ANS PRESS

14 aprel 2015
GO BACK