Qadin.NET / “Qara qızıl”ın qiyməti durmadan qalxır

“Qara qızıl”ın qiyməti durmadan qalxır

 

“Qara qızıl”ın qiyməti durmadan qalxır

Neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.45 dollar (0.87%) artaraq 52.36 dollar təşkil edib.ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.44 dollar (0.76%) bahalaşaraq 58.37 dollar olub.Bir sıra ekspertlər düşünür ki, ABŞ-ın İrana qarşı ehtiyatlı davranışı neftin bahalaşmasına səbəb olacaq. Çünki İrandan neft ixracı təxirə düşür.

 

Mənbə: ANS PRESS

14 aprel 2015
GO BACK