Roma Papasının "20-ci əsrin ilk soyqırımı ermənilərə edilib" sözlərinə sərt reaksiya verən Türkiyəyə İtaliyadan cavab gəlib.Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İtaliya xarici işlər naziri Paolo Gentiloni Papa Fransiskin 1915 hadisələri ilə əlaqədar erməni iddialarına dəstək verən sözlərinə İtalyanın mövqeyinin nə olması ilə bağlı sualı belə cavablandırıb:
"Bu mövzuda rəsmi mövqe açıqlayan hökumət yoxdur. Bu iş tarixçilərin işidir. Bu mövzuya münasibət bildirən bir Avropa hökuməti yoxdur. Avropa parlamentləri bu barədə fikirlərini açıqlasalar da hökümətlər mövqe bildirməyiblər. Mən fərd olaraq bunun olduğuna inanıram, ancaq bunu müəyyən etmək siyasətçilərin deyil, tarixçilərin vəzifəsidir.Mənə görə bir hökumət "soyqırım" sözünü istifadə etməməlidir. Bir hökumətin bu mövzu üzərindən rəsmi bir mövqe göstərməsinin uyğun olmadığını düşünürəm. Biz siyasətçiyiksə Türkiyənin bugünkü problemlərinə münasibət göstərməyimiz daha yerində olar".
Mənbə: Milli.Az