""Bakı 2015" Avropa Oyunları pensiyaların verilməsində heç bir gecikməyə səbəb olmayacaq”.ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Elman Mehdiyev deyib. O bildirib ki, bu məsələlər bir-birindən fərqlənir. DSMF sədri qeyd edib ki, pensiyaların maliyyələşdirilməsi fondun cari işidir.
“Siz fondun birinci rüb nəticələrinə diqqət yetirsəniz görəriniz ki, bizim gəlirlərimiz artıqlaması ilə yerinə yetirilib. Biz gəlir proqnozunu qeyri-büdcə sektoru üzrə 108% icra etmişik. Yəni pensiyalar vaxtı-vaxtında verilir və bu proses davam edəcək”.
DSMF sədri qeyd edib ki, pensiya sahəsində əldə olunan göstəricilər Azərbaycanda dayanıqlı iqtisadi inkişafın göstəricidir.
Mənbə: ANS PRESS