Qadin.NET / "13" rəqəminin mistikası...

"13" rəqəminin mistikası...

 

"13" rəqəminin mistikası...

Hər ayın 13-ü gələndə insanların çoxu bu günün bitməsini səbirsizliklə gözləyirlər. 13 rəqəmindən qorxanlara və onun təsirini addımbaşı sınayanlara “Triskaydekafobiya" deyilir.
Nəhs hesab edilən bu rəqəmə hətta İblisin rəqəmi də deyilir. Rəvayətə görə, ayın 13-ü cümə günü İblis Adəmlə Həvvanı yoldan çıxarıb və onlar Cənnətdən qovulublar. İblis göy ətrafında 13-cü mələk olub. Bəlkə buna görə 13 rəqəmi şüuraltı olaraq insanların yaddaşında pis rəqəm kimi qalıb. Hələ antik dövrdə Hesoid kəndlilərə ayın 13-ü əkin işlərinə başlamamağı tapşırardı.
Müasir dövrün insanları da 13 rəqəminin sirli, qorxulu qüvvəsini unutmayıblar. Bu gün ABS-da 13 nömrəli avtobus, trolleybus, vaqon yoxdur. Fransada 13 nömrəli ev yoxdur. Bir çox təyyarələrdə 12-ci yerdən, otellərdə isə 12-ci otaqdan sonra birbaşa 14 gəlir. Çində 13 qapalı və qaranlıq astroloji siklə keçiddir. Çinlilər üçün 13 ölüm rəqəmi sayılır. İnanca görə, bayram süfrəsində 13 nəfər oturmamalıdır. Əgər təsadüfən 13 nəfər oturdusa, masadan 1-ci qalxan insan il ərzində ölürmüş.
Xristian dünyası 13-dən niyə qorxur? Hətta çox evlərdə 13 nömrəsi olmur. Təyyarələrdə 13-cü kreslo sırası yoxdur. Mənzillərdə, otellərdə 13 -cü qat ya 12 A-dır, ya da 14 nömrələnir. 13 nömrəli otaq yoxdur.
Şagirdi İsa peyğəmbəri məhz ayın 13-nə təsadüf edən cümə günündə romalılara satır və onu çarmıxa çəkirlər. Buna görə xristianlar 13-ə “xəyanət rəqəmi” deyirlər.
Cadugər və ifritələr bir yerə yığışarkən,12 nəfər olurlar. 13-cü isə şeytanın özü olur.
Xristian dinində İsa peyğəmbər 12 apostoldan sonra 13-cü idi. Gizli cümə iştirakçıları da 13 nəfər idilər.
13 rəqəminin uğursuzluğuna bütün xristian dünyası inanır. Ancaq müsəlmanların 13-dən qorxması üçün heç bir səbəb yoxdur. Əksinə onlar üçün həmişə yaxşı hadisələrlə yadda qalmış bir rəqəmdir. Təkcə sonuncu peyğəmbər Həzrəti Məhəmmədin (s.ə.s) miladi təqvimə görə 571-ci ildə doğulub. Numerologiya hesablamasına görə peyğəmbərin doğum tarixi 13-dür: 5+7+1=13
Xristianların 13 rəqəmindən qorxmasının səbəbləri tarixi faktlara əsaslanıb:
Səlahəddin Eyyubi Səlib 13-cü yürüşündə xristianları qəti məğlubiyyətə uğradıb.
İstanbul 29 may 1453-ci ildə, çərşənbə axşamı günü Türklər tərəfindən fəth edilib. 1453 tarixinin rəqəmlərinin cəmi - 1 + 4 + 5 + 3 =13 edir.
13 rəqəminin uğursuzluğuna səbəb olan inancın mənşəyində bir il içində ayın 13 dəfə bütöv ay olaraq görünməsini söyləyənlər də var.
13 oktyabr 1307-ci il, cümə günü, Fransa kralı Filipplə Roma Papası Klemens birləşərək Məbəd Cəngavərlərinin çoxunu həbs edırık edam etdirmişdi.
İbranilərə görə 13 rəqəminin uğursuz olmasının səbəbi İbrani əlifbasının 13 -cü hərfinin "mavet" (ölüm) sözünün ilk hərfi olan "m" olması idi. 
Hammurabi qanunları siyahısında da 13 rəqəmi ötürülmüşdü.
Bütün bunlara baxmayaraq 13 rəqəminin müsbət qəbul olunması da tarixdə yer alıb:
Yunanca İusus Xristos 13 hərflə yazılır.
ABŞ dollarında 13 rəqəmi əks olunub. Rəsmi olaraq bu, ilk dəfə birləşən 13 ştatın rəmzidir. ABŞ-nın dövlət gerbinin elementlərində də 13 rəqəmi var.
13 yəhudilərin müqəddəs rəqəmidir.
Fransa kralı Lüdovik 13 rəqəmini ən uğurlu və xoşbəxt rəqəm sayırdı.
Bibliyada Allahın 13 vacib keyfiyyətləri sadalanır.
Kabbala təqvimində 13 səma fəvvarəsi əks olunur. Deyilənə görə, Cənnətə axan çaylar da 13-dür

 

Mənbə: ANS PRESS

13 aprel 2015
GO BACK