Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Fərman S-300 zenit-raket sistemlərinin Rusiya ərazisindən tranzit daşınması, o cümlədən hava nəqliyyatı ilə daşınması, Rusiya ərazisindən İrana aparılması, həmçinin Rusiya dövlət bayrağı altında üzən hava və dəniz gəmilərindən istifadə etməklə Rusiyanın sərhədlərindən kənarda İrana verilməsinə qadağanı aradan qaldırır" - məlumatda belə deyilir.
Rusiya 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının sanksiyaları çərçivəsində S-300 zenit-raket sistemini İrana satmaqdan imtina etmişdi.
Mənbə: ANS PRESS