Roma Papası Fransiskin 1915-ci il hadisələrini birtərəfli qiymətləndirməsi onu göstərir ki, Vatikan bu məsələdə bitərəf mövqeyinə son qoyub.Trend-in "Habertürk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib.Parlamentin spikeri qeyd edib ki, 1915-ci il hadisələri ilə bağlı bu cür bəyanatlar yolverilməzdir.O vurğulayıb ki, Türkiyə Roma Papasının qondarma "erməni soyqırımı"nı dəstəkləyən bəyanatını millətlərarası nifaqı qızışdırmaq kimi dəyərləndirir.
Mənbə: Mİlli.Az