Bu gün London birjasında Brent markalı neftin qiyməti 60,21 dollara qalxıb. ANS PRESS-in məlumatına görə, bu, hərracın bir gün öncə bağlandığı qiymətdən 2,14% çoxdur.
Dollar 7 aprel 2015-ci ildən bu yana ilk dəfə 60 dollarlıq həddi keçib.
Nyu-York birjasında isə Texas neftinin bir barrali 51,78 dollara qalxıb.
Bir sıra ekspertlər düşünür ki, ABŞ-ın İrana qarşı ehtiyatlı davranışı neftin bahalaşmasına səbəb olacaq. Çünki İrandan neft ixracı təxirə düşür.
Azərbaycan ekspertləri neftin barrelinin 70 dollara bahalaşmasından sonra manatın möhkəmlənəcəyini düşünür. 60 dollarlıq neft isə manatın il ərzində 10 faiz devalvasiyasına səbəb olacaq.
Mənbə: ANS PRESS