Qadin.NET / Yağış nə vaxt kəsiləcək?

Yağış nə vaxt kəsiləcək?

 

 

Sabahdan başlayaraq yağıntılar kəsiləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Hava gün ərzində dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6Лљ, gündüz 10-15Лљ isti olacağı gözlənilir.
Aprelin 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 2-7Лљ, gündüz 12-17Лљ, dağlarda gecə 3Лљ şaxtadan 2Лљ, gündüz 6-11Лљ isti olacaq.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Azərbaycanda son bir neçə gün ərzində müşahidə edilən qeyri-sabit hava şəraiti aprelin 14-ü gündüzə kimi davam edəcək. Sabah günortadan sonra əksər rayonlarda yağıntılar kəsiləcək.

Mənbə: ANS PRESS

13 aprel 2015
GO BACK