Qadin.NET / 13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu

13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu

 

 

13 yaşlı yeniyetmə şahmatçımız Abdulla Qədimbəyli Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə birinci olub. Milli.Az xəbər verir ki, BƏƏ-nin Əl-Ain şəhərində 15 yaşına qədər şahmatçılar arasında keçirilən turnirə qatılan Qədimbəyli rəqiblərinin hamısını geridə qoyaraq birincilik əldə edib. O, keçirdiyi 9 oyunun yeddisində qələbə çalıb. İkisini isə heç-heçə ilə bitirib. Nəticə olaraq 8 xal toplayan şahmatçımız turnirin qalibi olub. 
Turnirdə ikinci yeri digər azərbaycanlı şahmatçı Vüqar Əsədli tutub. Üçüncü yer isə Qazaxıstan təmsilçisi Denis Maxnyova qismət olub. 
Xatırladaq ki, yaşının az olmasına baxmayaraq, Abdulla Qədimbəyli bundan əvvəl bir dəfə şahmat üzrə dünya çempionu, iki dəfə isə Avropa çempionu adına layiq görülüb. 

Mənbə: Milli.Az

13 aprel 2015
GO BACK