Qadin.NET / Metropoliten rəisi sərt tənqid edildi

Metropoliten rəisi sərt tənqid edildi

 

Metropoliten rəisi sərt tənqid edildi

Millət vəkili Fazil Mustafa Məmmədəmin Rəsulzadənin Bakı Metropoliteninin ərazisində qoyulan abidəsinin uçurulmasını kəskin tənqid edib.ANS PRESS Fazil Mustafanın "facebook"da yazdığı statusu təqdim edir:“Məmmədəmin Rəsulzadənin “Bakmil” metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş büstü bu günlərdə metropolitenin rəisi Zaur Hüseynov göstərişi ilə dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb.
Burada böyük Azərbaycan liderinin xatirəsinə sayğısızlıq, istiqlal tariximizə qarşı hörmətsizlik, millətimizə qarşı ədəbsizlik kimi bir davranışın olduğunu xatırlatmağa xüsusi zərurət duymuram. Bir həqiqəti bilirəm ki, Allahın ucaltdığını kmisə alçalda bilməz, Allahın alçaltdığını kimsə ucalda bilməz. Rəsulzadə bu miləlt üçün Allahın bəxş etdiyi bir dəyərdir və ayrı-ayrı naqis davranışlarla onu aşağlamaq mümkün deyildir.
Ancaq burada bir ciddi məqam var. Metropolitenin rəisi bu hərəkəti ilə həm də ölkə prezidentinə meydan oxuyub. Bildiyimiz kimi, prezident İlham Əliyev ötən il Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə təqdir olunası bir sərəncam imzalamışdı. Həmin sərəncamda Rəsulzadənin irsinin öyrənilməsi, əsərlərinin nəşri, yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu.
Üstəlik də sərəncamda Rəsulzadənin büstünün və ya abidəsinin dağıdılması barədə hansısa göstəriş, işarə, ideya yox idi və ola da bilməzdi. Çünki prezidentin eyni sayğını böyük şəxsiyyətimiz Əlimərdan bəy Topçubaşiyə də göstərdiyni imzaladığı başqa bir sərəncamdan da bilirik.
Belə olan halda Zaur Hüseynovun hərəkəti prezidentin sərəncamına qarşı hörmətsizlik deyil, bəs nədir? Prezidentin sayğı göstərdiyi, yubileyini dövlət səviyyəsində qeyd etməyi tapşırdığı bir tarixi şəxsiyyətə hansısa bir məmurun hörmətsizlik göstərməsinin adı nədir? Bu səviyyəsiz hərəkət haqlı olaraq cəmiyyətimizin sağlam düşüncəli insanlarında etiraz doğurur və biz də bu etirazlara qoşuluruq”.

 

Mənbə: ANS PRESS

13 aprel 2015
GO BACK